Sunday, May 31, 2015

Kamil insan və kamil davranış (23)

“Təsvil” (özünü aldatma)
İnsan davranışının, o cümlədən iqtisadi davranışın əsasında onun düşünməsi durur.
Düşüncə seçimi müəyyən edir.
Təbii ki, fərd bu seçimdə özünə faydalı hesab etdiyinə yönəlir.
Fayda isə fərdin özü üçün yaxşı hesab etdiyidir.
Nəzəriyyəyə tə təcrübəyə görə, düşüncə seçimi müəyyən edəndə çox zaman yanılır.
Yəni, pisi yaxşı, yaxşını isə pis hesab edir.
İnsanda elə bir xasiyyət vardır ki, insan bir şeyə meyil salanda həmin şeyi bəzəkli, gözəl və faydalı göstərir.
Bu, təsvildir.
Yəni, insanın düşüncəsinin, istəklərinin (nəfsinin) onu aldatmasıdır.
Müasir psixologiya bu məsələni ətraflı öyrənir.
Deməli, təsvil insanın elə bir xasiyyətidir ki, məhz onun özünü aldadaraq ziyana salır.
Bu da nəticədə insanın yanlış və qeyri-rasional davranışına əsas yaradır.

M.Mütəhhərinin “Kamil insan” əsərindən istifadə olunmuşdur

No comments:

Post a Comment