Monday, May 11, 2015

Kamil insan və kamil davranış (17)

“Ağıl məktəbi”nə qiymət
İslam ağıl konsepsiyasını müdafiə edir.
Çünki, İslam fəlsəfəsi dəlilə, sübuta əsaslanır.
Dəlil və sübut isə ağıl konsepsiyasına daxildir.
Bu baxımdan, İslam Xristianlıqdan əsaslı şəkildə fərqlənir.
Xristianlığa görə, iman varsa, düşünmək lazım deyil.
Yəni “niyə”, “nə üçün” suallarını vermə, sadəcə inan.
Keşişlərin əsas vəzifələrindən biri ağlın iman dairəsinə hücumunun qarşısını almaqdır.
İslama görə isə, yalnız ağıl və məntiq əxlaqa, imana müdaxilə etmək hüququna malikdir.
İslam davamçısından soruşsalar ki:
-      “Niyə Allaha inanırsan?”
Cavab verməli deyil ki:
-      “dəlilim yoxdur, sadəcə inanıram” və ya “ata-babalarım inanıb, mən də inanıram”.
Elə isə, ata-babaların inanmasaydılar, kafirmi olacaqdın?!

M.Mütəhhərinin “Kamil insan” əsərindən istifadə olunmuşdur

No comments:

Post a Comment