Thursday, February 28, 2013


10-cu mövzu. Orta əsrlərdə iqtisadi təlimlər - Merkantilizm

XV-XVIII əsrlərdə Qərbi Avropa ölkələrində iqtisadi siyasətin və iqtisadi fikrin əsas cərəyanı olan merkantilizm (italyanca tacir deməkdir) iqtisadi fəaliyyəti və qanunauyğunluqları ilk sistemli öyrənən nəzəri praktiki sistem olmuşdur. Sonrakı əksər iq­tisadi siyasət və nəzəriyyə sistemləri isə merkantilizmin tən­qidi əsasında yaranmışdır.

Merkantilizmin əsas ideyaları və prinsipləri aşağıdakılar­dan ibarətdir: qiymətli metalların və onların yığımı sər­vətin mahiyyətini əks etdirməsi; dövlətin sərvətinin və gücünün qızıl və gümüş yığımı yolu ilə artırılması; ölkəyə qızıl və gümüş axının təmin olunması məqsədilə xarici ticarətin tənzimlənməsi; ucuz xammalın idxalı yolu ilə sənaye inkişa­fına kömək etmək; idxal olunan sənaye məhsullarına protek­sionist tariflərin qoyulması; ixracın, xüsusən hazır məhsulun ixracının həvəsləndirilməsi; əmək haqqının aşağı səviyyəsini saxlamaq üçün əhalinin artırılması və s.

Antuan Mon­kretyen (1575-1621) hesab edirdi ki, insanların xoşbəxtliyi sər­vətdədir, sərvət isə əməkdədir. Onların fikrincə sərvət pula sahib olmaqdır. Fərd kimi, dövlət də əgər sərvətini artırmaq istəyirsə əldə etdiyindən az xərcləməlidir. Onlar bu artıqlığı qiymətli pulun (metalın) və yaxud yığımın əldə olunması ilə eyniləşdir­mişlər.

Merkantilistlərin əsərlərinin ana xəttini ixracın id­xaldan üstünlüyünün iqtisadi rifahın göstəricisi olması fikri təşkil edir. Merkantilistlər diqqətlərini milli sənaye məhsullarının ixracının sürət­lənməsinə, bazarların, o cümlədən müstəmləkələrin alınma­sına  yönəltmişlər.

Merkantilizm iqtisadi nəzəriyyədə başlıca olaraq iki ideyanın möhkəmlənməsini təmin etdi: dövlətlərin yalnız milli iqtisadi maraqlara köklənməsi və sərvət yığımının iqtisadi rifahın əsasında durması. Bununla da orta əsrlərin Qərb iqtisad mərtəbi mahiyyət etibarilə tədricən “sosial-iqtisadi rifah” məsələsini “iqtisadi rifah” məsələsi ilə əvəz etməyə başladı. Buna qədərki ən qədim və qədim iqtisadi nəzəri məktəblərin iqtisadiyyat üçün müəyyən etdikləri təyin oblastı tədricən daralmağa başladı.

Materialda M.X.Meybullyevin red. ilə 2002-ci ildə ç.o. “İqtisadi təlimlər tarixi” kitabının məlumatlarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

Wednesday, February 27, 2013


Müasir iqtisadiyyata yeni yanaşmalardan biri – Yeni İqtisad İnstitutu
Yeni İqtisad İnstitutu (Boston, ABŞ) insanların və planetin rifahını hər şeydən öndə tutacaq yeni iqtisadiyyatın yaradılması missiyasını həyata keçirmək üçün təsis edilmişdir.
Bu İnstitut təkmil ideyaların təcrübədə tətbiqi sahəsində uzun tarixə malikdir. Bu təşkilatın fəaliyyəti cəmiyyətin dayanıqlı iqtisadiyyata  keçidini sürətləndirən hərəkatı qurmağa fokuslaşmışdır.
İnstitutun planı sistemin iflas olmasını bilən, daha fərqli və yenisi ilə əvəz olunması üçün çalışmağın zəruriliyini başa düşən çoxsaylı insanları cəmiyyətə tanıtmaqdan başlanır. İnstitut belə hesab edir ki, bu insanların çoxu artıq öz local dairələrində bu istiqamətdə işlərə başlamışlar. Bir çoxları isə inkanlar axtarır. İnstitutun məqsədi bu insanları təşkilatlar və liderlər şəklində bir araya gətirmək, beləliklə də Amerikanı Yeni İqtisadiyyata doğru aparacaq hərəkatı reallaşdırmaqdan ibarətdir.
İnstitut Yeni İqtisadiyyat hərəkatı naminə fondun yaradılmasına kömək etmək məqsədilə Şimali Amerikanın çoxsaylı Universitetləri ilə əməkdaşlıq edir. Həmçinin, İnstitut yaşıl və ədalətli iqtisadiyyatın yaradılması və dayanıqlı şəkildə inkişaf etdirilməsi istiqamətində  Birləşmiş Millətlər Təşkilatının konfransı üçün plan layihələri hazırlayır.

www.neweconomicsinstitute.org

Ağanemət Ağayev

Tuesday, February 26, 2013


One of new approaches to contemporary economy - New Economics Institute

New Economics Institute (Boston, USA) organized for the mission to build a new economy that prioritizes the well-being of people and the planet.

This Institute has a long history of putting evolutionary ideas into practice. Their focus is on building a movement that will propel our nation to rapidly embrace the transition to a just and sustainable economy.

The plan of the Institute begins with the recognition that a tremendous number of people around the country understand that the system is broken, and that they must work to replace it with something different, something new. Many of these people have already rolled up their sleeves and gotten to work in their local communities. Many others are just waiting for the opportunity. Their plan is to bring these people together with like-minded organizations and leaders to a build a movement to propel America toward a New Economy.

The Institute is working in partnership with many University groups around North America to help build the foundation for a youth movement for a New Economy. Also, the Institute does a mapping project developed for the United Nations conference on sustainable development and designed to display a compelling vision of a green and fair economy.
www.neweconomicsinstitute.org

Aghanemat Aghayev

Monday, February 25, 2013


9-th topic. Medieval economic theories

Canonist economic theories (Augustin Blajenin (353-430), Foma Akvinsky (Akvinat - 1225-1274)) plays an important role in the social thought of the Middle Ages. In fact, some economists said that the beginning of the history of economic science begins from canonists.

Canonist theory was founded by the church lawyers that are why takes legal point of view to economic activity. This theory describes the market behaviors as a moral problem. Usually, canonists had commented the economic issues on the basis of Aristotle's position.

In the canonist theory: 1) the price as the main source of benefits, 2) the "fair price" idea, 3) ideas about non-productivity of monetary capital occupy a special place. Here the conception of the value had been developed by the formula which expressed with “efficiency plus rareness”. The conception of value based on efficiency. Firstly, canonists had linked the conception of value with consumption, but then with rareness.

Canonists highly appreciate the labor and considers inevitable for the life, also they note that, labor gives charity. Canonists views to different types of interest payments for lending as usury. F.Akvinsky wrote that, the money can’t create the money, it is impossible to use that for getting profit.

Of course, the owners of usury in the Middle Ages had earned a big profit too. Akvinsky’s point of view about impossible profit from usury shows that, he had approached to profit and income issues widely, from public aspects, not only from individual aspects.

When canonist theories study the concept of value, they bases on issues about nature of human consumption. It shows that, it is possible to define the basic essence of economic processes and final rationality issues by the way of studying of human consumption and needs. But, as in most western schools, canonists mainly had sought the rationality in the economic categories, instead of nature of human needs. For example, the "fair price", "value", and so on.

Some materials were used from the book of “The history of economic studies” published under  editing by M.Meybullayev

Aghanemat Aghayev

Sunday, February 24, 2013


9-cu mövzu. Orta əsrlərdə iqtisadi təlimlər

Orta əsrlərin ictimai fikrində kononist iqtisad nəzəriyyələri (Avqustin Blajenin (353-430), Foma Akvinski (Akvinat - 1225-1274)) mühüm yer tutur. Hətta bəzi iqtisadçılar iqtisad elminin ilkin ta­rixinin kononistlərdən başladığını qeyd edir.

Kononist nəzəriyyə kilsə hüquqşünasları tərəfindən yaradıldığından burada iqtisadi fə­aliyyətə hüquqi cəhətdən yanaşılır. Bu nəzəriyyə bazar davranışını əxlaq problemi kimi təsvir etdir. Kononistlər çox vaxt Aristotelin mövqeyini əsas gö­türməklə iqtisadi məsələləri şərh etmişlər.

Kononist nəzəriyyədə: 1) qiymətin əsas mənbəyi kimi faydalılıq, 2) "ədalətli qiymət" ideyası, 3) pul kapitalının qeyri-məhsuldarlığı haqqında fikir xüsusi yer tutur. Burada dəyər konsep­siyası "faydalılıq üstəgəl nadirlik" ilə ifadə olunmuş formula ilə inkişaf etdirilmişdir. Dəyər konsepsiyası faydalılığa əsaslanmışdır. Kononistlər ilk  əvvəllər dəyəri bilavasitə isteh­lakın ödənilməsilə, son variantda isə nadirliklə əlaqələndir­mişlər.

Kononistlər əməyi müsbət qiymətləndi­rərək onu həyat üçün zəruri hesab edir, onun mərhəmət verdiyini qeyd edirlər. Kononistlər borc pula faizin müxtəlif növlərini "sələmçilik" kimi şərh etmişlər. F.Akvinski qeyd edir ki,  pul pul törədə bilmir, onun qazanc əldə etmək üçün istifadə edilməsi mümkün deyil.

Şübhəsiz ki, orta əsrlərdə də sələm sahibləri böyük qazanc əldə edirdilər. Akvinskinin sələmlə qazancın əldə oldə olunmasını mümükünsüz hesab etməsi onun qazanc məsələlsinə fərdlər səviyyəsində deyil, daha güniş anlamda – cəmiyyətin qazancı anlamında yanaşmasını göstərir.  

Kononist nəzəriyyə dəyəri öyrənəndə insan istehlakının təbiəti məsələlərinə qədər enir. Bu, bir daha göstərir ki, insan istehlakı və tələbinin mahiyyətini öyrənməklə iqtisadi proseslərin həqiqi mahiyyətini və son rasionallıq məsələsini öyrənmək mümkündür. Lakin, Kononistlər əksər qərb məktəbləri kimi rasionallığı daha çox insanın təlabatının təbiətində deyil, iqtisadi kateqoyiyalarda axtarmışlar. Məsələn “ədalətli qiymət”, “dəyər” və s.

Materialda M.X.Meybullyevin red. ilə 2002-ci ildə ç.o. “İqtisadi təlimlər tarixi” kitabının məlumatlarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

Thursday, February 21, 2013


8-th topic. The ancient economic theories

The great thinker Nasraddin Tusi (1201-1274) has very rich ideas about economic theories, in addition other sciences. His works of “Akhlagi-Nasiri” and “Treatise about public finance” show that, Tusi was as a professional economist too.

About economic science he says: “This field of science is a theory about actual and general development of the joint labor (team work) for the benefit of all. The object of this science is human relation system jointed with common labor and organized the production perfectly. Hence, everybody should try to learn this field of science for being owner of virtue, otherwise, will do mistakes in his behaviors.”

Thus, we clearly see that, the great thinker studies the development of economic system under the framework of ethic issues. 

N.Tusi defines the economic science as “human relation system that perfectly organizes the production”. He writes that, the science or profeccion that targets human perfection should be most honourable.”

He thinks that, when everyone works by his ability and when they earn for their works this is fair. He considers that, violation of low in practice is injustice. At the same time, all works and workers should not be evaluated equally. He recommends that, persons’ innate talent and skills are different and this difference should be taken into account.

Tusi writes that, injustice is the biggest threat for economic relations.

Generally, Tusi considers that, the concept of the most perfect production is the basic generator in society. The idea of rational and perfect economic behavior is different expression of the problem of the perfect humanity.

 
Some materials were used from the book of “The history of economic studies” published under  editing by M.Meybullayev

Aghanemat Aghayev

Wednesday, February 20, 2013


8-ci mövzu. Qədim iqtisadi təlimlər

Böyük mütəfəkkir Nəsi­rəddin Tusinin (1201-1274) başqa elm sahələri ilə yanaşı iqtisadi nəzəri biliklər sahəsində də qiymətli ideyaları vardır. “Əxlaqi-Nasiri” və “Dövlət maliyyəsi haqqında traktatları” əsərləri onun həm də professional iqtisadçı olduğunu göstərir.

O, iqtisad elmi haqqında deyir: “Bu elm hamının xeyrinə olan birgə əməyin həqiqi və ümumi inkişafı haqqında nəzəriyyədir. Bu elmin obyekti ictimai əməklə birlə­şən və beləliklə, istehsalı ən kamil təşkil edən insanlar müna­sibəti sistemidir. Deməli, hamı bu elmi öyrənməyə səy etmə­lidir ki, fəzilət sahibi olmağı bacarsın; əks halda rəftar və dav­ranışında səhvlərə yol verər”.

Buradan aydın görürük ki, dahi mütəfəkkir iqtisadi sistemin inkişafını birmənalı şəkildə əxlaq məsələləri çərçivəsində öyrənir.

N.Tusi iqtisad elminə “İstehsalı ən kamil təşkil edən insanlar münasi­bəti sistemi” kimi tərif verir. O, yazır ki, “Bu dünyada mövcudatın ən şərəflisi olan insanı kamilliyə çatdırmaq məqsədi güdən sənət, elm dünya sənətlərinin ən şərəflisi olmalıdır”.

O, hər kəsin baca­rığına görə işləməsini, əməyinə görə haqq almasını insanın maraqlarını təmin edən ən ədalətli prinsip hesab edir. O, həyatda, təcrübədə bu qanuna əməl edilmə­məsini ədalətin pozulması kimi qiymətləndirir. Bununla yanaşı o, insanların fəaliyyətinin qiymət­ləndiril­məsində, bölgüdə bərabərçiliyi də qəbul etmir. O, in­sanların fitri istedada, bacarığa, bilik səviyyəsi və sənətkarlıq dərəcəsi arasında mühüm fərq olduğunu göstərir və bunun nə­zərə alınmasını da tövsiyə etmişdir.

Buradan görürük ki, Tusi cəmiyyətdə ədalətsizliyi son nətiəcədə iqtisadi münasibətləri iflic edən ən böyük təhlükə kimi görür.

Ümumilikdə, Tusi ən kamil istehsal anlayışını bazis generator hesab edir. Bu rasional və ya kamil iqtisadi davranış ideyası cəmiyyətdə kamil insan probleminin başqa cür ifadəsidir.

Materialda M.X.Meybullyevin red. ilə 2002-ci ildə ç.o. “İqtisadi təlimlər tarixi” kitabının məlumatlarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

Tuesday, February 19, 2013


Gladiator battles of nowadays or loss of the economy

There is a strange festival: Tomato battle (La Tomatina). The municipality of the Bunol city in Spain, in the province of Valencia each year on the last Wednesday of August organizes a massive tomato battle in Plaza del Pueblo. Every year regarding this festival more than 30 thousand tourists come to the territory of municipality with a population of about 9 thousand. Almost all the cities dyed of tomato juice in this event which participate not only Spanish, also Germans, French and other nations. More than 100 tons of ripe tomatoes stored by the municipality have spread on the squares and the "war" which based at 40s of the last century starts. The municipality earns a large amount of money by selling of broadcasting of the festival to the local television channels.

When I heard about this strange festival at first time the economic aspects of this seriously interested me. What is the most interesting, the economic aspects of the event are contradictory and motley.

Firstly, let’s approach to this issue as a economic project of the municipality. We may think that, also the municipalities in our country may organize this kind of festivals with similar essence, but with different content and this in the one hand will effect to development of tourism and in the other hand will enrich the local budget. In this regard, the festival is worthy of appreciation.

At the same time, on the other hand, wasting of the 10 tons food product is worth noting. At first sight, wasting of food is not economically rational. But using of food products for this festival needs is not wasting directly. People consume that as soul energy instead of body energy. Consuming of 100 tons tomatoes like food can’t satisfy them so highly. Thus, thousands of people rest and enjoy in this show. Unless, the final target of economy is not happiness of people? Hence, using of these food products by this way is not loss for the economy. As a result, people gain the show, country gains tourists, TV channels gain the video materials and the municipality earns revenue. In this regard, the festival is worthy of appreciation too.

Now, let’s change the point of view and let's look at some other point.

Though, the festival is economically normal behavior from the show and earning profits point of view, at the same time this is very close issue with enjoying ability of human soul and changes of that. In essence, this is a gladiator battle of the period of slavery. Still a great show, organizers earning appartunities and victims. Just because of us, this is not so awful as a gladiator battle, here victims are not people, that are tomatoes.

If we thought more deeply, in fact, the biggest victims here are the people who enjoy the show as in gladiator battles. Yes, they lose their enjoy abilities; broadly saying   they lose their tastes, at the end they lose their souls.

No, enjoying in environment, enjoying in events and processes is not condemned.  Of course, the human worthy of enjoy and happy life, instead of humiliation and unhappiness.

However, that satisfaction and the economic resource used for that satisfaction is rational that, it helps for development and perfection of human soul that is only social-economic asset of human. The human enjoys in reading a book and in watching gladiator battles. However, the first one enlarges his soul, but second one reduces. Because of, the first one promotes the life, but other one promotes the aggression. Because of, the first one nourishes, but the other one poisons the soul. Reduce of the soul is the gradual death of humanity. Is there more valuable economic asset than the soul for the human?

 
Aghanemat Aghayev

Monday, February 18, 2013


Dövrümüzün qladiator döyüşləri və ya iqtisadiyyatın itkisi

Eşitmiş olarsız, belə bir qəribə festival var: pomidor döyüşü (La Tomatina). İspaniyanın Valensiya əyalətində Bunol şəhərinin bələdiyyəsi hər il avqust ayının son çərşənbə günü Plaza del Pueblo adlanan məkanda kütləvi pomidor döyüşü təşkil edir. 9 min əhalisi olan bu bələdiyyənin ərazisinə festivalla əlaqədar hər il 30 mindən çox turist gəlir. Nəinki ispanlar, almanlar, fransızlar və digər xalqların da qatıldığı bu tədbirdə az qala bütün şəhər pomidor şirəsinə boyanır. Şəhər bələdiyyəsi tərəfindən tədarük olunan 100 tondan çox yetişmiş pomidor meydanlara sərilir və ötən əsrin 40-cı illərində təməli qoyulan bu “döyüşə” start verilir. Bələdiyyə isə festivalın yayım hüququnu televiziya kanallarına sataraq külli miqdarda vəsait əldə edir.

Bu qəribə əyləncə barəsində ilk dəfə eşitdiyimdə bunun iqtisadi tərəfləri çox marağımı çəkdi. Ən maraqlısı da budur ki, bu hadisənin iqtisadi aspektləri rəngarəng və təzadlıdır.

Öncə məsələyə bələdiyyənin bir iqtisadi layihəsi kimi yanaşaq. Düşünə bilərik ki, bizim bələdiyyələrimiz də məzmunca fərqli, mahiyyətcə oxşar festivallar təşkil etməklə, həm turizmin inkişafına təkan verə bilər, həm də maddi resurslar cəlb etməklə yerli büdcəni zənginləşdirə bilərlər. Bu baxımdan yanaşdığımızda sözügedən festival iqtisadi cəhətdən müsbət qiymətə layiqdir.

Eyni zamanda, digər tərəfdən burada israf olunan 10 tonlarla ərzaq məhsulu diqqəti çəkir. Bu qədər hazır ərzaq məhsulunun israfı ilk baxışdan iqtisadi cəhətdən rasional deyil. Mahiyyətinə endiyimizdə isə görürük ki, əslində bu ərzaq məhsulu heç də birmənal israf sayıla bilməz. İnsanlar onu bədən qidasi kimi deyil, ruhun qidası kimi istehlak edirlər. 100 ton pomidorun ərzaq kimi istehlakı heç də onları bu qədər məmnun edə bilməz. Belə ki, minlərlə insan bu şoudan həzz alır və istirahət edir. Məgər iqtisadiyyatın son hədəfi insanları məmnun etmək deyilmi? Deməli bu prizmadan yanaşsaq ərzaq məhsulunun bu cür israfı əslində iqtisadiyyat üçün itki deyildir. Burada bu ərzaq məhsulu bədən enerjisinə olmasa da daha yüksək enerjiyə - run enerjisinə çevrilir. Nəticədə insanlar əyləncə, ölkə turist, televiziyalar material, bələdiyyə isə gəlir qazanır. Beləliklə, ikinci prizmadan yanaşdığımızda da sözügedən festival iqtisadi cəhətdən müsbət qiymətə layiq görünür.

İndi siə gəlin baxış bucağımızı bir qədər dəyişək və bir qədər başqa aspektdən baxaq.

Sözügüdən festival bir şou və ondan əldə oluna gəlir platformasında normal iqtisadi davranış olsa da, eyni zamanda mahiyyət etibarilə bilavasitə insan ruhunun həzz almaq qabiliyyəti və onun dəyişməsi ilə bağlı məsələdir.

Mahiyyət etibarilə bu elə quldarlıq dövrünün qladiator döyüşüdür. Yenə də böyük şou, təşkilatçıların qazanc yeri və qurbanlar. Sadəcə bu bizə ona görə, qladiator döyüşü qədər dəhşətli gəlmir ki, bunun fiziki qarbanları insanlar yox, pomidorlardır.

Daha dərindən təfəkkür etsək, qladiator döyüşlərində oldugu kimi burada da əslində ən böyük qurbanlar döyüşənlər yox, şoudan həzz alan insanlardır. Bəli, onlar nə az, nə çox, özlərinin ləzzət almaq, həzz almaq qabiliyyətlərini, geniş mənada desək zövqlərini, daha geniş mənada desək ruhlarını qurban verirlər.

Xeyr, ətraf aləmdən, hadisə və proseslərdən həzz, ləzzət almaq əsla qınanmır. Şübhəsiz ki, yaradılışın əşrəfi olan insan həzzə və məmnun yaşam tərzinə yayiqdir, nəinki, zillət və bədbəxtliyə.

Lakin, o məmnunluq və həmin məmnunluğun yaranması üçün xərclənən iqtisadi resurslar rasionaldır ki, insanın yeganə sosial-iqtisadi aktivi olan ruhunun aşınmasına deyil, inkişafına xidmət etmiş olsun. İnsan faydalı bir kitab oxuyanda da, qladiator döyüşlərini seyr edən də də həzz alır. Lakin, birincisi onun ruhunu böyüdür, ikincisi isə kiçildir. Çünki, biri həyatı, digəri aqressiyanı təbliğ edir. Çünki, biri ruhu böyüdərək qidalandırır, digəri isə zəhərləyərək kiçildir. Ruhun kiçilməsi isə insanın tədrici ölümüdür. Ruhdan dəyərli insanda “iqtisadi” olan nə var ki!?
 

Ağanemət Ağayev

Thursday, February 14, 2013


7-th topic. The ancient economic theories

Nizami Ganjavi (1141-1209) as one of the great philosophers of the world had comprehended the public contradictions in society. His views about perfect society are most expensive pearls in the history of global economic thinking.

Sheikh Nizami is a scientist that, the representatives of the different ideological schools have used his ethic lessons in different times of history. Even, some ones didn’t afraid to interpret that immortal ideas accordance with their ideological bases.

There are basic issues like human, attitude of man to man, to environment, management of society under the lows of justice and nature in Nizami’s works. Comprehensive and in-depth study of his ideas shows that, the major social, economic and political events, as well as the complex environment in which these events took place have been the main motif of his works.

N.Ganjavi had created the perfect theory about the labor and wealth. This theory shows that, the labor is main source for increasing of material and moral wealth and efficiency of labor depends on factors of labor stimulation. He proposed the ideas about employment, improvement of professional skills etc.

The great thinker presents the economic behavior, the theoretical ideas in this regard clearly under the ethics concepts. N.Ganjavi shows the individual’s economic interests and behaviors on the base of perfect human model. In the perfect human model the main social targets like social satisfaction and happiness have presented as above the individual’s social-economic needs.  Healthy ethics and fluent cognition is preferred than common sense and all economic interests. 

History shows that, despite centuries, Nizami’s ethic lessons are important “receipts” for development of economies in the XXI century.

Some materials were used from the book of “The history of economic studies” published under  editing by M.Meybullayev
 

Aghanemat Aghayev

Wednesday, February 13, 2013


7-ci mövzu. Qədim iqtisadi təlimlər

Bəşəriyyətin böyük mütəfəkkirlərindən biri olan Nizami Gəncəvinin (1141-1209) cəmiyyətin ictimai ziddiyyətlərini dərin­dən qavraması və ideal cəmiyyət haqqındakı fikirləri dünyanın ictimai-iq­tisadi fikir tarixinin ən qiymətli incilərindəndir.

Şeyx Nizami ele bir alimdir ki, tarixin müxtəlif zamanlarında böyük idealoji məktəblərin nümayəndələri onun əxlaq dərslərinə söykənmiş, hətta bəziləri həmin ölməz ideyaları öz təlimlərinin ideoloji əsaslarına uyğun izah etməyə belə çəkinməmişlər.

N.Gəncəvinin əsərlərində insan, insanın insana, insanın cəmiyyətə, onu əhatə edən tə­bii mühitə münasibəti, cəmiyyətin ədalət və təbii qanunlar əsasında idarə edilməsi kimi bazis məsələlər əsas yer tutur. Nəzəri irsinin və fikir dünyasının hərtərəfli və dərindən öyrənilməsi göstərir ki, həmin dövrün mühüm ictimai, iqtisadi və siyasi hadisələri, həmçinin bu hadisələrin cərəyan etdiyi mürəkkəb mühit onun əsərlərinin əsas motivi olmuşdur.

N.Gəncəvi əmək və sərvət haqqında mükəmməl təlim yara­tmışdır. Bu təlimə görə, əmək maddi və mənəvi sərvətləri artıran əsas mənbədir və əmək fəaliyyətinin səmərəliliyi əməyə stimul doğuran amillərdən asılıdır. O, hər kəsin öz qabiliyyətinə görə işlə təmin olunması fikrini, əmək adamının daima öz baçarıqlarını artırması ideyalarını irəli sürmüşdür.

Dahi mütəfəkkir iqtisadi davranışları, bununla bağlı nəzəri ideyaları birmənalı şəkildə əxlaqi təlimlər çərçivəsində təqdim edir. N.Gəncəvi fərdin iqtisadi maraqlarını və davranışlarını kamil insan modeli əsasında göstərir. Təqdim olunan kamil insan modelində məmnunluq və xoşbəxtlik kimi hədəflər, daha geniş anlamda, yəni fərdin sosial-iqtisadi ehtiyaclarının fövqündə tutulur. İnsanın sağlam əxlaqı, səlis idrakı bütün keçici hisslərdən, o cümlədən onun bütün iqtisadi maraqlarından üstün qiymətləndirilir.

Tarix göstərir ki, əsrlər keçməsinə baxmayaraq Nizaminin əxlaq dərsləri bu gün XXI əsr iqtisadiyyatının sağlamlaşması üçün ən gərəkli “resept”lərdən biridir.

Materialda M.X.Meybullyevin red. ilə 2002-ci ildə ç.o. “İqtisadi təlimlər tarixi” kitabının məlumatlarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

Tuesday, February 12, 2013


6-th topic. The most ancient economic theories

Aristotle is one of science coryphaeus that studied economic problems in ancient times. For all times, Aristotle’s economic ideas were in the notable philosophers’ focus of attention, that engaged in society problems.

He named the use value expressed wealth as “natural”, but exchange value expressed wealth as “unnatural”.

From Arostotle’s poin of view, farm activity is “economy”. To acquire wealth is simply property and housing.

Studying the role of trade and usury in the economic relations and property relations Aristotle wrote that, “…there is no limit in wealth accumulating, because, the main aim is to accumulate unlimited property and wealth, to get unlimited money. All people that dealing with cash flow try to infinitively increase their capitals.”

Aristotle evaluated the economy naturally, but housing and estate collection unnaturally. He indicated that, the distribution of goods should be conducted with the principle of justice. This kind of distribution should be conducted depending on dignity and people’s position in society and public issues. From the philosopher’s point of view, economy softly, but at the same time gradually overturns to property relations and housing.

Some materials were used from the book of “The history of economic studies” published under  editing by M.Meybullayev

Aghanemat Aghayev

Monday, February 11, 2013


6-cı mövzu. Ən qədim iqtisadi təlimlər

Dövrünün iqtisadi problemlərinə dair ən mütərəqqi fi­kirlər irəli sürən dünya elminin korifeylərindən biri də Aristoteldir. Aristotelin iqtisadi fikirləri demək olar ki, əsrlər boyu gör­kəmli filosofların, cəmiyyət həyatı ilə məşğul olan alimlərin daim diqqət mərkəzində olmuşdur.

O, istehlak dəyəri kimi istifadə olunan neməti “təbii”, mubadilə dəyəri kimi istifadə olunan neməti isə "qeyri-təbii" pro­ses adlandırmışdır.

Aristotelə görə, təsərrüfat fəaliyyəti "iqtisadiyyat"dır. Varidat, sərvət əldə etmək isə xrematistikadır, yəni sadəcə əmlakdır, mülkdür.

İqtisadi münasibətlərdə, habelə xrematistik fəaliyyətdə ticarətin və sələmin rolunu öyrənən Aristotel yazırdı ki,"... sərvət toplamaqla məqsədə çatmaqda heç bir zaman son hədd olmur, ona görə ki, burada məqsəd hədsiz sərvət topla­maq və pula sahib olmaqdan ibarətdir. Pul dövriyyəsi ilə məşğul olanların hamısı öz kapitallarını hədsiz dərəcədə artır­mağa çalışırlar".

İqtisadiyyata təbii, xrematisti­kaya qeyri-təbii qiymət verən Aristotel göstərirdi ki, nemətlərin bölgüsü ədalət prinsipinə görə həyata keçirilməli­dir. Belə ədalətli bölgü "ləyaqətə görə", adamla­rın cəmiyyətdə və dövlət işlərində tutduğu mövqeyə görə apa­rılmalıdır. Mütəfəkkirə görə, iqtisadiyyat nəzərə çarpma­dan, lakin davamlı olaraq zəruri şəkildə xrematistikaya, yəni əmlaka, mülkə çevrilir.

 
Materialda M.X.Meybullyevin red. ilə 2002-ci ildə ç.o. “İqtisadi təlimlər tarixi” kitabının məlumatlarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

Sunday, February 10, 2013


5-th topic. The most ancient economic theories

The history of economic relations and economy begins from history of humanity. But this area of science has been studied relating with other fields of sciences. The development of economic theories begins from Ancient Greece. Origin of the conception of “economy” is Greek words of “farm” and “low”. Thus, the initial definition of the concept of “economy” bases to Greek philosophical school.  

The economic theories in Ancient Greek had been reflected in the philosophers’ views. In these deathless studies the system of economic relations had been presented as the integral part of ethics and moral values. The studies about rational economic behavior base on moral issues.

The great Greek philosopher Democritus (460-370 BC) said that, all kinds of additional saving creates the social sections of “poor” and “rich”. If anybody is satisfied with his shares, that person is not poor, or, if anybody isn’t satisfied with his shares that person is not rich.

Democritus was against the bigger landowners and huge money savings. The philosopher had pointed that, there is no end to extreme worship to wealth. The extreme wealth is the main factor to lose the conscience. The healthy thinking should adopt the poverty with dignity.

Main motif of the other Greek philosopher Socrates’ (469-399 BC) economic ideas is “moral goodwill”.  Socrates, as an author of the thesis of “Perceive yourself” said that, to achieve wealth you need resolution, energy and goodwill. For saving of wealth people need the character to live without that. Regarding this, he called all people to satisfy with the minimum wealth and to use on hand wealth with kindness. One of the most interesting ideas was that, he considered this concept as a protection of wealth.

Initial economic views of greek philosophical school had reflected in the works by Xenophon (431-355 BC), Plato (427-347 BC), Aristotle (384-322 BC) and others.

Some materials were used from the book of “The history of economic studies” published under  editing by M.Meybullayev

Aghanemat Aghayev

Thursday, February 7, 2013


5-ci mövzu. Ən qədim iqtisadi təlimlər

İqtisadi münasibətlərin, yəni iqtisadiyyatın tarixi insan yaranandan başlanır. Lakin, bu sahə bir elmi təfəkkür tərzi kimi, uzun müddət elmin müxtəlif sahələri ilə əlaqəli öyrənilmişdir. İqtisadi nəzəri təlimlərin inkişafı Qədim Yunanıstandan başlanır. Təsadüfi deyil ki, “iqtisadiyyat məfhumunun mənşəyi yunan sözü olan "təsərrüfat" və "qanun" anlayışlarıdır. Beləliklə, “iqtisadiyyat” anlayışının ilkin izahı qədim yunan fəlsəfi məktəbindən gəlir.

dim Yunanıstanda iqisadi təlimlər əsasən öz əksini filosofların görüşlərində tapırdı. Bu ölməz təlimlərdə iqtisadi münasibətlər sistemi əxlaqi, mənəvi dəyərlərin ayrılmaz hissəsi kimi təqdim olunur. Rasional iqtisadi davranışlara birmənalı şəkildə əxlaq məsələləri çərçivəsində baxılır.

Böyük yunan filosofu Demokrit (e.ə. 460-370) hesab edirdi ki, hər cür əlavə yığım cəmiyyətin "kasıb" və "dövlətli" təbəqəsini əmələ gətirir. Əgər hər hansı kəs öz payından razıdırsa, onu yoxsul adlan­dırmaq olmaz. Yaxud malik olduğundan razı olmayanı da dövlətli adlandırmaq olmaz.

Demokrit iri torpaq sahibkarlığına, həddin­dən artıq pul yığımına qarşı çıxış edirdi. Mütəfəkkir qeyd edirdi ki, həddindən artıq pula pərəstişlik və onun ödənilməsinin sonu yoxdur. Görünməmiş mənfəəti vicdanın itirilməsinə gətirib çıxaran amil kimi təqdim edən filosof yoxsulluğu ləyaqətlə ke­çirməyi sağlam düşüncəni əks etdirən cəhət kimi qəbul edirdi.

Digər bir qədim yunan filosofu məşhur Sokratın (e.ə. 469-399) iqtisadi görüşlərinin ana xəttini "mənəvi xeyirxahlıq" tuturdu. "Özün-özünü dərk et" tezisinin müəllifi olan Sokrat qeyd edirdi ki, sərvət əldə etmək üçün qətiyyətlilik, enerji və xeyirxahlıq lazımdır. Sərvə­tin saxlanılması üçün isə, adamlarda onsuz keçinmək xüsu­siyyəti olmalıdır. Bununla əlaqədar olaraq o, geniş əhali kütlə­sini aza qane olmağa, əldə olunan sərvəti mənəvi xeyirxah­lıqla istifadə etməyə çağırırdı. Ən maraqlı fikirlərindən biri də budur ki, o, bunu sərvətin qorunması hesab edirdi.

Qədim yunan fəlsəfi məktəbinin iqtisadi görüşləri Ksenofontun (e.ə. 431-355), Platonun (e.ə. 427-347), Aristotelin (e.ə. 384-322) və digərlərinin əsərlərində də geniş şəkildə əks olunmuşdur.

Materialda M.X.Meybullyevin red. ilə 2002-ci ildə ç.o. “İqtisadi təlimlər tarixi” kitabının məlumatlarından istifadə olunmuşdur.

Ağanemət Ağayev