Müasir
iqtisadiyyata yeni yanaşmalardan biri – Yeni İqtisad İnstitutu
Yeni İqtisad İnstitutu (Boston, ABŞ) insanların və
planetin rifahını hər şeydən öndə tutacaq yeni iqtisadiyyatın yaradılması
missiyasını həyata keçirmək üçün təsis edilmişdir.
Bu İnstitut təkmil ideyaların təcrübədə tətbiqi
sahəsində uzun tarixə malikdir. Bu təşkilatın fəaliyyəti cəmiyyətin dayanıqlı
iqtisadiyyata keçidini sürətləndirən
hərəkatı qurmağa fokuslaşmışdır.
İnstitutun planı sistemin iflas olmasını bilən,
daha fərqli və yenisi ilə əvəz olunması üçün çalışmağın zəruriliyini başa düşən
çoxsaylı insanları cəmiyyətə tanıtmaqdan başlanır. İnstitut belə hesab edir ki,
bu insanların çoxu artıq öz local dairələrində bu istiqamətdə işlərə
başlamışlar. Bir çoxları isə inkanlar axtarır. İnstitutun məqsədi bu insanları
təşkilatlar və liderlər şəklində bir araya gətirmək, beləliklə də Amerikanı Yeni
İqtisadiyyata doğru aparacaq hərəkatı reallaşdırmaqdan ibarətdir.
İnstitut Yeni İqtisadiyyat hərəkatı naminə fondun
yaradılmasına kömək etmək məqsədilə Şimali Amerikanın çoxsaylı Universitetləri
ilə əməkdaşlıq edir. Həmçinin, İnstitut yaşıl və ədalətli iqtisadiyyatın yaradılması
və dayanıqlı şəkildə inkişaf etdirilməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının konfransı
üçün plan layihələri hazırlayır.
www.neweconomicsinstitute.org
Ağanemət Ağayev
No comments:
Post a Comment