8-ci mövzu. Qədim
iqtisadi təlimlər
Böyük
mütəfəkkir Nəsirəddin Tusinin (1201-1274) başqa elm sahələri ilə yanaşı
iqtisadi nəzəri biliklər sahəsində də qiymətli ideyaları vardır. “Əxlaqi-Nasiri”
və “Dövlət maliyyəsi haqqında traktatları” əsərləri onun həm də professional
iqtisadçı olduğunu göstərir.
O, iqtisad elmi haqqında deyir: “Bu elm hamının
xeyrinə olan birgə əməyin həqiqi və ümumi inkişafı haqqında nəzəriyyədir. Bu
elmin obyekti ictimai əməklə birləşən və beləliklə, istehsalı ən kamil təşkil edən
insanlar münasibəti sistemidir. Deməli, hamı bu elmi öyrənməyə səy etməlidir
ki, fəzilət sahibi olmağı bacarsın; əks halda rəftar və davranışında səhvlərə
yol verər”.
Buradan
aydın görürük ki, dahi mütəfəkkir iqtisadi sistemin inkişafını birmənalı şəkildə
əxlaq məsələləri çərçivəsində öyrənir.
N.Tusi iqtisad elminə “İstehsalı
ən kamil təşkil edən insanlar münasibəti sistemi” kimi tərif verir. O, yazır
ki, “Bu dünyada mövcudatın ən şərəflisi olan insanı kamilliyə çatdırmaq məqsədi
güdən sənət, elm dünya sənətlərinin ən şərəflisi olmalıdır”.
O, hər
kəsin bacarığına görə işləməsini, əməyinə görə haqq almasını insanın
maraqlarını təmin edən ən ədalətli prinsip hesab edir. O, həyatda, təcrübədə bu
qanuna əməl edilməməsini ədalətin pozulması kimi qiymətləndirir. Bununla
yanaşı o, insanların fəaliyyətinin qiymətləndirilməsində, bölgüdə
bərabərçiliyi də qəbul etmir. O, insanların fitri istedada, bacarığa, bilik
səviyyəsi və sənətkarlıq dərəcəsi arasında mühüm fərq olduğunu göstərir və
bunun nəzərə alınmasını da tövsiyə etmişdir.
Buradan
görürük ki, Tusi cəmiyyətdə ədalətsizliyi son nətiəcədə iqtisadi münasibətləri
iflic edən ən böyük təhlükə kimi görür.
Ümumilikdə,
Tusi ən kamil istehsal anlayışını bazis generator hesab edir. Bu rasional və ya
kamil iqtisadi davranış ideyası cəmiyyətdə kamil insan probleminin başqa cür
ifadəsidir.
Materialda M.X.Meybullyevin red. ilə 2002-ci ildə
ç.o. “İqtisadi təlimlər tarixi” kitabının məlumatlarından istifadə olunmuşdur.
Ağanemət
Ağayev
No comments:
Post a Comment