Sunday, February 24, 2013


9-cu mövzu. Orta əsrlərdə iqtisadi təlimlər

Orta əsrlərin ictimai fikrində kononist iqtisad nəzəriyyələri (Avqustin Blajenin (353-430), Foma Akvinski (Akvinat - 1225-1274)) mühüm yer tutur. Hətta bəzi iqtisadçılar iqtisad elminin ilkin ta­rixinin kononistlərdən başladığını qeyd edir.

Kononist nəzəriyyə kilsə hüquqşünasları tərəfindən yaradıldığından burada iqtisadi fə­aliyyətə hüquqi cəhətdən yanaşılır. Bu nəzəriyyə bazar davranışını əxlaq problemi kimi təsvir etdir. Kononistlər çox vaxt Aristotelin mövqeyini əsas gö­türməklə iqtisadi məsələləri şərh etmişlər.

Kononist nəzəriyyədə: 1) qiymətin əsas mənbəyi kimi faydalılıq, 2) "ədalətli qiymət" ideyası, 3) pul kapitalının qeyri-məhsuldarlığı haqqında fikir xüsusi yer tutur. Burada dəyər konsep­siyası "faydalılıq üstəgəl nadirlik" ilə ifadə olunmuş formula ilə inkişaf etdirilmişdir. Dəyər konsepsiyası faydalılığa əsaslanmışdır. Kononistlər ilk  əvvəllər dəyəri bilavasitə isteh­lakın ödənilməsilə, son variantda isə nadirliklə əlaqələndir­mişlər.

Kononistlər əməyi müsbət qiymətləndi­rərək onu həyat üçün zəruri hesab edir, onun mərhəmət verdiyini qeyd edirlər. Kononistlər borc pula faizin müxtəlif növlərini "sələmçilik" kimi şərh etmişlər. F.Akvinski qeyd edir ki,  pul pul törədə bilmir, onun qazanc əldə etmək üçün istifadə edilməsi mümkün deyil.

Şübhəsiz ki, orta əsrlərdə də sələm sahibləri böyük qazanc əldə edirdilər. Akvinskinin sələmlə qazancın əldə oldə olunmasını mümükünsüz hesab etməsi onun qazanc məsələlsinə fərdlər səviyyəsində deyil, daha güniş anlamda – cəmiyyətin qazancı anlamında yanaşmasını göstərir.  

Kononist nəzəriyyə dəyəri öyrənəndə insan istehlakının təbiəti məsələlərinə qədər enir. Bu, bir daha göstərir ki, insan istehlakı və tələbinin mahiyyətini öyrənməklə iqtisadi proseslərin həqiqi mahiyyətini və son rasionallıq məsələsini öyrənmək mümkündür. Lakin, Kononistlər əksər qərb məktəbləri kimi rasionallığı daha çox insanın təlabatının təbiətində deyil, iqtisadi kateqoyiyalarda axtarmışlar. Məsələn “ədalətli qiymət”, “dəyər” və s.

Materialda M.X.Meybullyevin red. ilə 2002-ci ildə ç.o. “İqtisadi təlimlər tarixi” kitabının məlumatlarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

No comments:

Post a Comment