Wednesday, January 29, 2014

İmam Əlinin iqtisadi məktəbi (10)

İmam Əli (ə.s.) dürüst və nəzakətli dövlət idarəetməsi üçün insanları aşağıdakı kateqoriyalara ayırmaq barədə Malik Əştəri təlimatlandırır:
   o   İlahi əmrləri müdafiə edən hərbi heyət;
   o   Dövlət başçısının, rəhbərlərin əmr və tapşırıqlarının icrasını təmin edən dövlət katibləri, məmurlar;
   o   Ədaləti təmin edən hakimlər;
   o   Hüquq və qanunvericiliyi təmin edən rəsmilər;
   o   Vergi ödəyiciləri olan müsəlmanlar və qeyri-müsəlmanlar;
   o   Peşə sahibləri və sənətkarlar;
   o   İmkansızlar.

Aydın görünür ki, bu bölgü iki başlıca meyara əsaslanır: iman (müsəlman və qeyri-müsəlman) və peşə (vəzifə).

Burada nəsil-nəcabət, təbəqə və irq inkar olunur. Həmçinin sərvət və insanların sosial təbəqələr üzrə statusu da əsas götürülmür. Adəti üzrə, imkansızlar və məhrumiyyətdə olanlar sadalanan təsnifatda yer alır.

İmam Əli (ə.s.) insanları qeyd olunan tərzdə təsnifləşdirməklə bu qrupların bütün cəmiyyət üçün reprezentativ olmasını göstərmiş olur. Bu qruplar bir-birlərindən qarşılıqlı asılılığa malikdirlər.


www.balaghah.net

No comments:

Post a Comment