Tuesday, January 14, 2014

İmam Əlinin iqtisadi məktəbi (5)


O, istəyirdi ki, rəhbərlik etdiyi dövlət yalnız insanların rifahı üçün çalışsın, ona görə yox ki, onların rəğbətini qazansın, ona görə ki, ictimai xərclərin əsasən kasıb və imkansız təbəqənin ehtiyaclarına yönəldilməsi İlahi razılığın qazanılması üçün vacibi şərtdir.

Haqqında danışdığımız məktubun başqa bir yerində İmam Əli (ə.s.) buyurur:
“Bunlarla yanaşı, mən sənə kasıblar barəsində ehtiyatlı olmağı tövsiyə edirəm. Onların yaşam vəziyyəti və özünün onlara qarşı münasibətinə görə Allahdan qorx. Onların heç bir köməyi, resursu və imkanları yoxdur. Onlar kasıbdır, məhrumiyyət içindədirlər və çoxları şikəst olduqlarına görə iş qabiliyyətindən məhrumdurlar…

Sən onlar üçün rahatlıq, sevgi və hörmət mənbəyi olmalısan. Onlarla mərhəmətli davranacaq, Allahdan qorxan, ədalətli və mömin insanları təyin et. Təyin etdiklərin kasıb və imkansızlar barəsində hər bir məlumata malik olsunlar və bu barədə sənə hesabat versinlər.”

İmam Əlinin (ə.s.) bu bildirişinə diqqət etdiyimizdə Onun dövlətçilik baxışını öyrənmiş oluruq. O, istəyirdi ki, onun dövləti yoxsulların rifahı üçün qurulsun, cəmiyyətdəki kasıblıq səviyyəsi və toplumun əziyyət çəkdiyi məsələlər daim diqqətdə saxlanılsın. Bu gün də yoxsulluq səviyyəsinin yüksək olduğu əksər Müsəlman ölkələrində  insanlar aclıq, xəstəliklər, pis qidalanma və müxtəlif növməhrumiyyətlərdən sakitcəsinə əziyyət çəkirlər.


www.balaghah.net

No comments:

Post a Comment