Bu
toplu 238 xitabdan, 78 məktubdan, 473 hikmətli kəlamdan və 9 qəribdən (nadir
deyimlərdən) ibarətdir. Müasir dövrdə bu əsər otuza yaxın dilə tərcümə
olunmuşdur.
Nəhcül
Bəlağədə yer alan məktublardan biri də İmam Əlinin (ə.s.) malik Əl-Əştərə
ünvanladığı müraciətdir.
Malik
Əl-Əştəri Misirə vali təyin etməsi ilə əlaqədar İmam Əli (ə.s.) ona idarəetmə
və ədalətə dair İslami prinsiplərin izah olunduğu geniş məntli məktub
yazmışdır.
Həmin
dövrün təcrübəsinə görə normal sayılırdı ki, iki təlimat məktubu ilə müraciət
olunsun: birincisi valiyə (icra məmuruna) aid; ikincisi isə valinin təyin
olunduğu regionun əhalisinə aid.
İmam
Əli (ə.s.) giriş mətnində yazır:
Rəhimli
və Meriban Allahın adı ilə. Yaradan Allahın izni ilə Əbu Talibin oğlu Əli
Əştərin oğlu Maliki Misirə vali təyin etmişdir ki:
-
orada zəkatın
yığılmasını təmin etsin;
-
Misirdə İslam
düşmənlərinə qarşı mübarizə aparsın;
-
əhalinin rifahı və
oranın tərəqqisi üçün bütün səyi ilə çalışsın.
www.balaghah.net
No comments:
Post a Comment