Thursday, January 16, 2014

İmam Əlinin iqtisadi məktəbi (6)

Bu fenomeni bir neçə səbəblə izah etmək olar ki, bunlardan başlıcası etibarlı və üzərində daim cəzalandırılmaq təhlükəsini hiss edən ictimai (dövlət) davranışların və ictimai (dövlət) institutların olmamasıdır. Hazırda Müsəlman ölkələri və hökumətləri İmam Əlinin (ə.s.) qeyri-adi baxışını öz işlərinə, idarəetmələrinə tətbiq etməyə hədəflənməlidirlər.

O Malikəl-Əştəri belə təlimatlandırır:
“Əgər imkansızlar sənə yetişə bilmirlərsə, sən özünü onlara yetirməlisən. Ehtiyac içində olanların, zəf və əzilmişlərin hüquqlarının müdafiə olunmadığı, həmçinin qüdrətli və güclü insanlar tərəfindən bu hüquqların tanınmadığı millət və dövlət qurtuluşa nail ola bilməz.

Dövlətin imkansızlara yönəlik bu rolu o zaman təbliğ və təcrübə olunmuşdur ki, imkansız və əzilmişlər təbii olaraq mərhəmətdən uzaq qalmışlar. Onlar heç zaman ictimai (dövlət) gündəmdə yer ala bilməmişlər.”

Dövlət tərəfindən imkansız, yoxsul və zəif təbəqənin ehtiyaclarının ödənilməsi hazırkı dövrdə dünyavi iqtisadiyyatlarda qaçılmaz fenomendir.

XX əsrin birinci yarısına qədər dünya dövlətlərində kasıb və sosial cəhətdən köməyə möhtacı olan təbəqəyə qarşı laqeyd münasibət hökm sürmüş, onlar səmərəli bazar münasibətlərini təbliğ edən siyasət altında aclıq və səfalətdə yaşamışlar. O zaman Adam Smit tərəfindən irəli sürülən “gözəgörünməz əl”in faydalılığı  ideyasına möhkəm inam mövcud olmuşdur.


www.balaghah.net

No comments:

Post a Comment