İmam
Əlinin (ə.s.) mövqeyinə görə, idarəedicilər (rəhbərlər) iki qrupa bölünür:
Birincisi, təqvalı, səmimi, çalışqan, doğru vaxtda və doğru yerdə düzgün qərar
verənlər. Bu rəhbərlər ədalət və bərabərlik prinsiplərinə sadiqdirlər və
başqalarının hüquqlarını qoruyurlar.
Digərləri
isə tabeliyində olanların ehtiyaclarına tamamilə laqeyd münasibət bəsləyir,
zahiri və təmtəraqlı həyat sürürlər. Onlar özlərinin şəxsi və ictimai
öhdəliklərinə məhəl qoymurlar. İmam Əli (ə.s.) təkrarən Malik Əştəri səmimi və
təqvalı rəhbər olmağa səsləyir.
Bu
danılmaz faktdır ki, İmam Əli (a.s.) çox sadə həyat tərzinə malik olmuş,
minimum qədərdə qidalanmış, çox sadə geyinmişdir. O, yaxşı bilirdi ki, özünün
təyin etdiyi rəhbərlərə təmtəraqdan uzaq həyat tərzi keçirməyi tövsiyə etdiyi
halda onlar bu standartlara uyğun davranmaqda çətinlik çəkə bilərlər.
Bu
kontekstdə o, yazırdı:
“Özünüzlə insanlar arasında nüfuz pərdəsi
yaratmayın. Bu iddia və təmtəraq daxili komplekslərin və boşluğun realıqda nümayişindən
başqa bir şey deliydir.”
Başqa
bir məktubunda oxşar məsələ barədə o, Bəsrənin valisi Osman bin Hüneyfə belə
buyurur: “Ah, ibn Hüneyf!, Qorx Allahdan və halal yolla qazandığın çörəyə qane
ol, o, səni cəhənnəm odundan uzaq tutar.”
www.balaghah.net
No comments:
Post a Comment