İmam
Əli (ə.s.) buyurur:
“Eyni
zamanda sənə vəkillik etmək üçün vəzifəyə can atan acgöz və tamahkar
insanlardan uzaq dur. Unutma ki, xəsislik, qorxaqlıq və acgözlük müxtəlif rəzil
keyfiyyətlərdir, lakin onların hər biri Allaha etiqadsızlıq və inamsızlıqdan
doğan xəstə mənəviyyatın nəticəsidir.”
İmam
Əli (ə.s.) bütöv idarəetmə sisteminin zəruriliyini vurğulayır.
O,
Malik Əl-Əştəri belə xəbardar edir:
“Sənə qədərki tiran və zalım hökmdarların
dəstəsində yoxsul və imkansız xalq kütlələrinə qarşı qəddarlıq və zülmkarlıqda
iştirak edən məmurlar sənin üçün ən pis və qorxulu məmurlar dəstəsidir.”
İmam
Əli (ə.s.) tövsiyə edir ki, məmur və rəsmi şəxslər ilk öncə sınaq müddətində
çalışmalıdırlar. Bu sınaq müddəti həmin məmur heyətinin performansını
qiymətləndirmək imkanı yaradacaq. Başqa sözlə, İmam Əli (ə.s.) sabit vəzifə və
təyinatları ilkin mərhələdə mükafatlandırmağı uyğun hesab etməmişdir.
İmam
əli (ə.s.) Məlik Əştərə idarəetmədə səmimi olmağı təvsiyə edir:
“Unutma Malik! Qadir Allah üzərinə düşən
vəzifələri tam səmimiyyəti ilə yerinə yetirməyən rəhbəri bağışlamayacaq… onun
qəlbini sevindirən məsələlər onun əyalətinin və ya dövlətinin bərabərlik və
ədalət prinsipləri əsasında idarə olunması və insanların onu buna görə
sevməsindən irəli gəlməlidir. Sənin rəhbərlik etdiyin insanlar yalnız o vaxt
səni sevəcəklər ki, onların qəlbi sənə qarşı qəzəbli olmasın.”
www.balaghah.net
No comments:
Post a Comment