Bu
sahədə iyirminci əsrin əvvəllərindəki müəyyən inkişaf meyilləri “gözəgörünməz
əl” nəzəriyyəsini zəiflətdi. Bu inkişaf meyilləri dövlətləri pro-aktiv və
sosial yönümlü etdi. Siyasətdəki bu qeyri-məcburi dəyişmələr kasıb və
imkansızlara qarşı diqqətdən irəli gəlmirdi.
Əgər
dövlət öz əhalisinin sosial himayəsində maraqlıdırsa dövlət və hökumət
qulluğunda çalışan məmurların seçim və təyinatına xüsusi diqqət yetirməlidir.
Bu vəzifələrə malik insanlardakı neqativ xasiyyətlər dövlətin qarşısına qoyduğu
məqsədlərə nail olmağı çətinləşdirir, dövlətlə sosial təbəqəni uzaqlaşdırır.
Məhz,
bu səbəbə görə İmam Əli (ə.s.) məktubunun müxtəlif yerlərində dövlət və hökumət
vəzifələrinə təqvalı insanların təyinatının vacibliyindən söz açır.
İmam
Əli (ə.s.) yazır:
“Paxıl insanların məsləhətlərinə qulaq asma,
onlar bütün cəhdlə səni başqalarına xeyirxahlıq və yaxşılıq etməkdən
çəkindirməyə çalışacaqlar. Onlar səni yoxsulluq və səfalətlə qorxudacaqlar.”
Bu,
onu göstərir ki, paxıl insanlar resurs fondlarının kasıb və imkansızların
rifahına xərclənməsini dövlət xəzinədarlığınn boşalması üçün təhlükə hesab
edirlər.
www.balaghah.net
No comments:
Post a Comment