İmam Əli (ə.s.) Misirin mövcud
qayda-qanunlarından xəbərdar idi ki, burada dövlət məmurları və ictimai
vəzifəli şəxslər öz qohum və yaxınlarını ləyaqətli və doğru insanların xərcləri
bahasına mükafatlandırırdılar, varlandırırdılar.
Onların bu qərəzli, ədalətsiz
yanaşmaları bir tərəfdən iqtisadi bərabərsizlik yaradır, digər tərəfdən sosial
və siyasi ixtişaşlara səbəb olurdu.
Bu yanlış təcrübə adətən qüdrətli
imperiyaların, dövlətlərin tənəzzülünə gətirib çıxarmışdır.
Bu reallığı nəzərə alaraq İmam Əli
(ə.s.) Milik Əştəri bu kimi ədalətsizliklərə qarşı belə xəbardar edir: “Şəxsi
işlərin, qayğıların, qohum və dostlarına qarşı münasibətin Allah tərəfindən
sənin üzərinə qoyulmuş vəzifələrə xələl gətirməsin, bəşəri hüquqları qəsb
etməsin, qərəzsiz və ədaələtli ol… Onun yaratdıqlarına qarşı zülm və qəddarlıq
qədər heç nə Onun intiqamının və qəzəbinin daha tez enməsinə səbəb ola bilməz.”
Yoxsul və imkansızlar daim İmam Əlinin
(ə.s.) diqqətində olmuşdur. Bu qrup insanlar onun xütbələrində, fəaliyyətində
və siyasətində əsas yer tutmuşdur. Onun özünün həyatı da kasıblıqla keçmişdir.
Onun əsas diqqəti müəyyən bir qrupun
deyil, geniş ictimaiyyətin rifahının təmin olunmasına yönəlmişdir. İmam Əli
(ə.s.) bunu dövlətin proqktiv rolu vasitəsilə reallaşdırmaq istəmişdir.
www.balaghah.net
No comments:
Post a Comment