Wednesday, January 8, 2014

İmam Əlinin iqtisadi məktəbi (3)

İqtisadi nöqteyi-nəzərdən İmam Əli (ə.s.) zəkatın yığılmasına təkcə onun mühüm gəlir mənbəyi olmasına görə əsas yer verməmişdir. Bu, başlıca olaraq zəkatın əsas benefisiarlarının məhz kasıblar və digər imkansızlar olmasından irəli gəlir.

Əgər İslamın qorunması seçilən yolun, məramın bir tərəfini göstərirdisə, Misirin, eləcə də dini mənsubiyyətindən asılı olmayaraq onun əhalisinin müdafiə olunması mükəmməl dövlətçiliyin digər tərəfini təşkil edirdi.

Bu, bizə onu göstərir ki, İmam Əlinin (ə.s.) yanaşmasına görə İslami prinsipləri rəhbər tutan dövlətçilik müsəlman və qeyri-müsəlmanlar arasında fərqliliyi büruzə verməməli, hamı ilə bərabərlik və ədalətlə rəftar olunmalıdır.

İmam Əli (ə.s.) Malik Əştərə belə xəbərdarlıq edir:  
“Mən səni vəzifələndirirəm ona görə ki, öz ağlınla, qəlbinlə, əllərinlə və dilinlə Allah yolunda xidmət edəsən. Qadir Allah Ona xidmət etmək üçün o kəsə cavabdehlik verir ki, o kəs səmimi olaraq Ona xidmət etmək üçün fərakarcasına can atır.”

İmam Əlinin (ə.s.) dövlətçiliyə və idarəetməyə yanaşmasında şəffaflıq, rəhimlilik, comərdlik və inklüzivlik xüsusiyyətləri başlıca yer tutur.

İmam Əli (ə.s.) Malik Əştərə müraciətində deyir: “Cəzalandırmağa tələsmə…, qoyduğun qaydalara qarşı səhvliyə və yanlışlığa yol verənlərə aşırı hirsli olma və müvazinətini tez əldən vermə. Heç zaman demə ki,  mən onların vəlisi və hökmdarıyam və onlar mənə müti və rəzilcəsinə itaət etməlidirlər.”


www.balaghah.net

No comments:

Post a Comment